Şərqi Hələbdə təxliyyə prosesi davam edir

Suriyada rejim qüvvələrinin mühasirəsində olan Şərqi Hələbdə təxliyyə prosesi davam edir.

633576
Şərqi Hələbdə təxliyyə prosesi davam edir

Suriyada rejim qüvvələrinin mühasirəsində olan Şərqi Hələbdə təxliyyə prosesi davam edir.

Bu barədə açıqlama verən Xarici İşlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkə vasitəsilə açıqlama verərək bildirib ki, 4 min 500-ü gecə yarısından bəridir olmaq üzrə indiyədək 12 min mülki vətəndaş Hələbdə müxalifətin nəzarətindəki bölgədən təxliyyə edilib.

Digər tərəfdən BMT Uşaqlara Yardım Fondu UNİCEF Şərqi Hələbdə bir yetimxanada köməksiz qalan 47 uşağın da təxliyyə edildiyini açıqlayıb.

Uşaqlardan bəzilərinin yaralı olduğu bəzilərinin isə susuzluqdan  xəstələndiyi bildirilib.



Әlaqәli Xәbәrlәr