İran “Airbus”dan sərnişin təyyarəsi alacaq

İran Hava Yolları (“İran Air”) ilə Fransanın təyyarə istehsalçısı “Airbus” şirkətindən 100 sərnişin təyyarəsi satın alacaq.

633450
İran “Airbus”dan sərnişin təyyarəsi alacaq

İran Hava Yolları (“İran Air”) ilə Fransanın təyyarə istehsalçısı “Airbus” şirkətindən 100 sərnişin təyyarəsi satın alacaq.

İki tərəf arasında təyyarələrin satışına dair yekun müqavilə imzalanıb.

Müqavilənin təqribən 10 milyard dollar dəyərində olduğu, əvvəlki razılaşmanın 118 təyyarəni əhatə etdiyi, lakin “A380” tipli təyyarələri almaqdan imtina edildiyi və buna görə də, təyyarələrin sayının 100-ə düşdüyü bildirilib.

Müqaviləyə əsasən, gələn il 7-8 təyyarə İran Hava Yollarına veriləcək.

Keçən həftə də İran Hava Yolları ilə ABŞ-ın təyyarə istehsalatçısı “Boeing” arasında 80 sərnişin təyyarəsi alınmasına dair müqavilə imzalanmışdı.



Әlaqәli Xәbәrlәr