Mosul şǝhǝrindǝn köç edǝnlǝrin sayı 118 min nǝfǝrǝ çatıb
Bunu İraqın Miqrasiya məsələləri üzrə naziri Casım Әl-Caf deyib.

İraqın Miqrasiya məsələləri üzrə naziri Casım Әl-Caf Mosulun terror tәşkilatı DEAŞ-dan tәmizlәnmәsi üçün hәyata keçirilәn әmәliyyatlar başladığı gündәn etibarәn evlәrini tәrk edәrәk qaçqın düşәrgәlәrinә sığınanların sayının 118 minә çatdığını deyib.
Әl-Caf İraq Kürd Regional Rәhbәrliyinin Süleymaniyyә şәhәrinә şәfәr edib. Әl-Caf sәfәr çәrçivәsindә şәhәrin İcra Hakimiyyəti başçısının müavini Sәrdar Kadirlә qaçqınların vәziyyәtini müzakirә etmәk üçün bir araya gәlib.
Görüşdәn sonra keçirilәn mәtbuat konfransında әl-Caf Mosuldan qaçan dinç sakinlәrin qorunması üçün Miqrasiya məsələləri üzrə Nazirliyinin düşәrgә qurmağa davam etdiyini bildirib.
Әl-Cag bildirib ki: ‘‘Qarşıdurmalar davam edir. Hәr gün minlәrlә dinç sakin evini tәrk edir’’