İsveç XİN rəhbəri Margot Wallström Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşdü

İsveçin xarici işlər naziri Margot Wallström yeni ildə Parisdə  keçirilməsi nəzərdə tutulan Sülh konfransının müvəffəqiyyətli olması halında, bunun  həm Fələstin, həm də İsrail  üzərində müsbət təsiri olacağını söylədi.

632252
İsveç XİN rəhbəri Margot Wallström Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşdü

İsveçin xarici işlər naziri Margot Wallström Ramallah şəhərində fələstinli həmkarı  Riyad əl-Maliki ilə bir araya gəldi.

Wallström görüşdən sonra keçirilən birgə mətbuat konfransında  ölkəsinin Paris konfransının uğurlu olması üçün səy göstərdiyini bildirdi.
 
 "Fələstin-İsrail probleminin həllinə dair müzakirələrin yenidən başlaması üçün beynəlxalq  mühit hazırlayacaq konfransın müvəffəqiyyətli olması vəziyyətində, bunun Fələstin və İisrailə müsbət təsirləri olacaq" deyən Wallström ölkəsinin tərəflər arasında gərginliyin azaldılması və sülh körpüsü qurulmasını hədəfləyən bütün işləri dəstəklədiyini bildirdi.
 
 Maliki isə görüşdə Avropa dövlətlərinin Fələstin dövlətini tanıması və Fələstinin Avropa İttifaqı  tam tərəfdaşlıq razılaşmasında tərəf olmasını istəyən müzakirələrin dəstəklənməsi məsələlərini müzakirə etdiklərini bildirdi.
 
İsrailin işğala və yaşayış məntəqələrinin inşasına son qoyması üçün bir tarixin təyin olunması prosesinə keçilməsi lazım olduğuna işarə edən Maliki İsrailə təzyiq tətbiq etməyin yolunun yaşayış məntəqələrinin inşasını qınayan beynəlxalq səviyyədə qərar qəbul etmək və İsrailin BMT üzvlük şərtlərinə nə dərəcədə bağlı olması ilə əlaqədar  fikrin bildirilməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməkdən keçdiyini qeyd etdi.
 
 Maliki Fələstinin Parisdə keçirilməsi planlaşdırılan sülh konfransını dəstəklədiyini təkrarladı.



Әlaqәli Xәbәrlәr