Hələbdə təxliyyə işləri müvəqqəti olaraq dayandırıldı

Rejim tərəfdarı terrorçu qruplar təxliyyə karvanına atəş edərək 800 nəfərin keçişinə mane olub.

631964
Hələbdə təxliyyə işləri müvəqqəti olaraq dayandırıldı

Suriyada rejim ordusu və rejim tərəfdarı xarici terrorçu qrupların mühasirəsindəki şərqi Hələbdə 800 mülki vətəndaş girov götürülüb.

Rejim tərəfdarı terrorçu qruplar təxliyyə karvanına atəş edərək 800 nəfərin keçişinə mane olub.

Mülki vətəndaşların avtobuslara mindiyi zaman partlayış səslərinin eşidilməsi ilə təxliyyə işləri müvəqqəti olaraq dayandırılıb.

Partlayışdan sonra bölgədəki yol hərəkətində tıxac yaranıb.

Yol üzərində bir araya gələn rejim tərəfdarı kütlə də maşınların keçişinə əngəl olur.

Gecə boyunca davam edən əməliyyatda 8 mindən artıq hələbli İdlib və Türkiyəyə çatdırıldı.

Bu arada Hələbin qərbində yaradılan təhlükəsiz bölgəyə çıxarılan və İdlibə aparılan yaralılardan vəziyyəti ağır olanlar Türkiyəyə göndərilib.

Səhiyyə naziri Rəcəb Akdağ Cilvəgözü sərhəd məntəqəsindən yerli saatla 09.00-dək 54 yaralının ölkəyə girdiyini bildirib.

Sərhəd məntəqəsində 3 səhra xəstəxanası qurduqlarını bildirən nazir lazım olduqda yaralıların Hatay, Mersin və Adanaya göndərildiyini qeyd edib.

Akdağ yaralılar üçün başda paytaxt Ankara olmaqla Türkiyənin müxtəlif vilayətlərində 800-dən çox yer ayrıldığını bildirib.

Dünən ilk karvanın mühasirə altındakı bölgədən çıxmasına mane olmaq istəyən iranlı general Seyid Cəvadın komandirliyindəki milis qüvvələri mülki vətəndaşalara və müxalifətin nəzarətindəki bölgələrə hücum edərək, prosesə dəfələrlə mane olmağa cəhd göstərmişdi.

Atəşkəs və təxliyyə prosesi Türkiyə və Rusiya arasında keçirilən fəal danışıqlar nəticəsində start almışdı.



Әlaqәli Xәbәrlәr