Telabyad qǝsǝbǝsindǝ güclü partlayış olub
Terror təşkilatı PYD-nin nəzarətində olan Suriyanın Rakka şəhərinə bağlı Telabyad qəsəbəsində güclü partlayış olub.
631278

Türkiyənin Şanlıurfa vilayətinin Akçakalə rayonuna qonşu olan Telabyadda səhər saatlarında baş verən partlayışın səbəbi bilinmir.
Akçakalə rayonunda Azadlıq məhəlləsinə təxminən 1 kilometr uzaklıqda baş verən partlayış nəticəsində yüksələn duman Türkiyə ərazilərindən də müşahidə olunub.
Türkiyə, səbəbi bilinməyən hadisədən sonra sərhəd məntəqəsində əlavə təhkükəsizlik tədbirlər görüb.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.