İlk mərhələdə 100-ə yaxın yaralı Türkiyəyə gətiriləcək

Suriyanın Hələb şəhərindəki təxliyyə işlərində Türkiyənin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınlarından istifadə edilir.

631327
İlk mərhələdə 100-ə yaxın yaralı Türkiyəyə gətiriləcək

Suriyanın Hələb şəhərindəki təxliyyə işlərində Türkiyənin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınlarından istifadə edilir.

Cəmiyyətin sədri Kərəm Kınık ilk mərhələdə 100-ə yaxın yaralının Türkiyəyə gətirilərək müalicəyə alınacağını açıqlayıb.

Kınık İdlibdə 10 min nəfər üçün düşərgə salınması məqsədi ilə fəaliyyətlərin davam etdiyini bildirib.

Bu arada BMT adından yardım vasitələrini daşıyan 25 tır Cilvəgözü keçid məntəqəsindən Suriyaya daxil olub.

Suriyalılar üçün içində ərzaq və dərman daşıyan tırlar Türkiyənin Hatay vilayətinin Reyxanlı qəsəbəsinə gəlib.

Tır karvanı Cilvəgözü sərhəd məntəqəsindən keçərək İdlibə sarı yola düşüb. BMT-yə məxsus maşınlar da tırlara müşayiət edib.



Әlaqәli Xәbәrlәr