Hələbdə atəşkəs bərpa edildi

Suriyanın Hələb şəhərinin şərqində rejim qüvvələri tərəfindən pozulan atəşkəs beynəlxalq cəhdlər nəticəsində yenidən başladı.

630864
Hələbdə atəşkəs bərpa edildi


Türkiyənin də təminatçısı olduğu atəşkəs çərçivəsində Hələbin şərqindən vətəndaşların təxliyyəsi üçün hazırlıqların sona çatdırıldığı, yaralıları daşıyan ilk konvoyun yola çıxdığı bildirilir.
 
 Rusiya Hələbdən İdlibə yola düşən 20 avtobusun hərbiçilər tərəfindən  müşayiət olunacağını açıqladı.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlnda 10 təcili tibbi yardım maşını və 100 könüllünün təxliyə işləri üçün Hələbdə gözlədiyi deyilir.
 
 Əsəd rejimi tərəfdarı qruplarının və müxalifətçilərin bəyanatlarında da atəşkəsə riayət ediləcəyi qeyd olunur.
 
 Qeyd edək ki,Hələbdə dünən pozulan atəşkəs gecə yarısı qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr