ABŞ-dan PYD-yə silah daşınmasının görüntüləri ortaya çıxdı

Amerika Birləşmiş Ştatlarından separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD-yə silah daşınmasının görüntüləri ortaya çıxdı.

631076
ABŞ-dan PYD-yə silah daşınmasının görüntüləri ortaya çıxdı

 Bölgəyə son bir ayda 13 silah daşınması həyata keçirən ABŞ dünən də böyük miqdarda silah-sursat göndərib.
 
 ABŞ-a məxsus hərbi yük vertolyotları minamyot və avtomatik piyada tüfənglərini PYD-yə təslim etmək üçün Əyn əl- Ərəbə endirdi.
 
 Bölgə mənbələri gün ərzində 7 hava nəqliyyatı vasitəsilə silah gətirildiyini qeyd edir.
 
 "Fəratın Qəzəb" adı altında başlayan Rakka əməliyyatı bəhanəsi ilə PKK-ya verilən silahlar Set Tişrin üzərindən Əl Bab bölgəsinə göndərilir.
 
Silah-sursatla təchiz olunan  terror təşkilatı PYD-nin son dövrdə  Münbiç-Əl Bab xəttində Türkiyə Silahlı Qüvvələri - Azad Suriya Ordusu ittifaqına ("Fərat Qalxanı" əməliyyatı) qarşı böyük bir hücuma hazırlaşdığı bildirilir.



Әlaqәli Xәbәrlәr