"Hələb mövzusunda ABŞ yerinə Türkiyə ilə razılaşmaq daha asandır",S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hələb mövzusunda ABŞ  yerinə Türkiyə ilə razılaşmağın daha asan olduğunu bildirib.

630365
"Hələb mövzusunda ABŞ yerinə Türkiyə ilə razılaşmaq daha asandır",S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hələb mövzusunda ABŞ  yerinə Türkiyə ilə razılaşmağın daha asan olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə Türkiyə ilə Hələbə humanitar yardım çatdırılması barədə də razılıq əldə olunduğunu açıqlayıb.

Ancaq dünən axşam təmin olunan atəşkəsə baxmayaraq toqquşmalar bugün səhər radələrində yenidən başladığı üçün dinc əhalinin təxliyyəsi dayandırılıb.

Rejim qüvvələrinin olduğu cəbhə xəttindən müxalifətin olduğu bölgəyə top və mərmilərlə atəş edilir.

Mövcud vəziyyətin silahlı müxalifətin müqavimət göstərməsindən mənbələndiyini bildirən Lavrov problemin 2-3 gün ərzində həll ediləcəyinə inandığını söyləsə də tərəflər bir-birlərini ittiham edir.

Müxalifət mənbələrinə əsasən İranın dəstəklədiyi şiə milislər atəşkəs üçün yeni şərtlər irəli sürür.

Bunların başında isə müxalifətin mühasirədə saxladığı Fua kəndindəki iranlı milislərin həmin vaxtda təxliyyə edilməsi dayanır.

Əsəd rejiminə yaxın bir mənbə Dəməşq idarəsinin təxliyyə ediləcək insan sayına etiraz etdiyini və bu şəxslərin adlarının istəndiyini bildirib.

Hələbdə atəşkəs bölgədə ilk mərhələdə yaralıların, sonra dinc vətəndaşların və silahlı müxalifət qruplarının təxliyyəsini nəzərdə tutur.

Atəşkəs qərarının ilk saatlarında təxliyyələrin bir hissəsi reallaşıb.

Son bir neçə saatda 6 min dinc vətəndaşın müxalifətin nəzarətindəki bölgədən ayrıldığını qeyd edən rus mənbələri  366 müxalifət mənsubunun da silahlarını buraxaraq Hələbi tərk etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr