‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә DEAŞ-a ağır zәrbәlәr endirildi

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyәnin liderliyilә  avqustun 24-dә başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә terror tәşkilatı DEAŞ-ın bir üzvü zәrәrsizlәşdirilib.

630106

TSQ-dәn verilәn mәlumata görә, әmәliyyat çәrçivәsindә terror tәşkilatı DEAŞ-a aid 74 hәdәf mәhv edilib.

Mәlumata görә, Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәr Әl-Bab vә Kabr al Mukri  bölgәlәrindә terror tәşkilatı DEAŞ-a mәxsus olduğu tәsbit edilәn 10 hәdәfә zәrbәlәr endirib.

Hava әmәliyyatı nәticәsindә terrorçulara aid silah-sursat ambarı, istifadә etdiyi 9 bina vә bir avtomobil mәhv edilib.

Qeyd edәk ki, әmәliyyat çәrçivәsindә 12 әl qumbarası da zәrәrsizlәşdirilib.

Әlaqәli Xәbәrlәr