Hələbdə yaşanan faciəyə son qoyulması üçün Türkiyənin cəhdləri davam edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Hələb şəhərində yaşanan faciənin başa çatdırılması üçün Türkiyənin cəhdlərinin aramsız  davam etdiyini bildirib.

629512

Çavuşoğlu rəsmi səfər üçün paytaxt Ankarada olan Çexiyanın Xarici İşlər naziri Lubomir Zaoralek ilə birgə mətbuat konfransı təşkil edib.

Nazir Türk və Rus səlahiyyətlilərin 14 dekabrda Hələb üçün bir araya gələcəkləri ilə əlaqəli suala cavabən deyib ki, bu yeni bir vəziyyət deyil, Türkiyənin bu mövzuda səyləri və müzakirələri hər gün  davam edir.

Mövlud Çavuşoğlu vətəndaşların şəhərdən təxliyyəsi üçün atəşkəs təmin edilməsinin vacibliyini vurğulayaraq, rejim qüvvlərinin yaralılar müalicə ola bilməsin deyə xəstəxanaları belə vurduğunu, bunların bəşəriyyətə yaraşmayan yanaşmalar olduğunu qeyd edib.

Hər kəs sussa da Türkiyənin səsini ucaldacağını ifadə edən Çavuşoğlu deyib ki, çünki zülm edən qədər zülmə səssiz qalan da günahkardır.

Digər tərəfdən Rus səlahiyyətlilər ilə keçiriləcək yığıncağa Xarici İşlər Nazirliyi səlahiyyətliləri ilə yanaşı Milli Kəşfiyyat İdarəsinin üzvlərinin də iştirak edəcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr