''Fәrat Qalxanı'' әmәliyyatı çәrçivәsindә DEAŞ-a aid 157 hәdәf mәhv edilib

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyәnin liderliyilә  avqustun 24-dә başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә terror tәşkilatı DEAŞ-a aid  157 hәdәf mәhv edilib.

629271

Әmәliyyat çәrçivәsindә Türkiyә Hәrbi Hava Qüvvәlәri dә Әl-Bab vә Bzagah bölgәlәrinә hava әmәliyyatı tәşkil edib.

Döyüş tәyyarәlәri terror tәşkilatı DEAŞ-a aid 6 sığınacaq, 2 silah-sursat ambarı, 3 qәrargah binası, 3 nәzarәt mәntәqәsi, 2 bomba yüklü avromobil vә 28 hәdәfi vurub.

Әlaqәli Xәbәrlәr