Moskva ilǝ Vaşiqton Suriyadakı müxaliflǝr mövzusunda razılaşa bilmǝdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Vaşinqton rəhbərliyi ilə ölkəsinin Suriyadakı müxaliflər mövzusunda razılaşa bilmədiyini açıqlayıb.

628599
Moskva ilǝ Vaşiqton Suriyadakı müxaliflǝr mövzusunda razılaşa bilmǝdi

 

Vashington rəhbərliyinin qəbul edilə bilməz şərtlərdən imtina etmədiyi üçün iki ölkə arasında razılığa yetişilmədiyini ifadə edən Sergey Ryabkov, Qərb agentliklərinin məsələ ilə bağlı şərhərinin doğru olmadığını, Rusiyanın, zərər çəkənlərin Hələbdən çıxarılması üçün lazımlı tədbirləri təmin etməkdə səy etdiyini qeyd edib.

Suriyalı müxaliflər isə, Rusiya və Amerika Birləşmiş Ştatlarının silahlı müxaliflərin ailələrinin və digər vətəndaşların Hələbdən etibarlı olaraq ayrılmaları üçün lazımlı zəmini yarada biləcəklərini bildirdiklərini, bu təklifin qəbul edilməsi halında evakuasiya işinə 48 saat ərzində başlanacğını irəli sürüblər.

Digər tərəfdən, rejim qüvvələri və Rusiya qırıcıları, Hələbdə müxaliflərin nəzarətindəki bölgələrə aviahücum təşkil etməkdə davam edirlər.

Əsəd qüvvələrinin Hələb şəhərində irəliləyişinə baxmayaraq ölkənin cənubdakı Palmira antik şəhərinə nəzarət yenidən terror təşkilatı DEAŞ-a keçib.

BMT-nin Uşaqlara Yardım Fondu UNICEF isə, Hələbdəki bütün uşaqların ölkədə cərəyan edən şiddət hadisələrinə məruz qaldıqlarını bundan ən çox onların zərər çəkdiklərini, şəhərdə yaşayan 500 mindən çox uşağa təcili yardım üçün 100-ə qədər mütəxəssisə zərurət olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr