Kafedrala  hücum təşkil edilib,25  ölü var

Misirin paytaxtı Qahirədə yaşayan Qibtilərin ibadədgahına hücum təşkil edilib. Hadisə nəticəsində 25 nəfər həyatını itirib, 49-u yaralanıb.

628422
Kafedrala  hücum təşkil edilib,25  ölü var

Məlumata görə, Qahirənin şərqindəki Abbasiyə səmtində yerləşən Əziz Mark Kafedralında baş verən partlayış səbəbiylə ölkədə 3 günlük matəm elan edilib.

Aralarında ölkədəki Xristianların olduğu yüzlərlə Misirli partlayışın baş verdiyi yerdə toplanaraq hadisəni lənətləyib. Cinayətkarların dərhal tutulmalarını tələb edib.

Qahirədə Cümə günü də törədilən iki fərqli partlayışda isə 6 polis həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr