Hələb şəhərinin şərq ərazilərində yaşayan xalq evakuasiya edilir

Suriyada rejim qüvvələrinin aviahücumları altındakı Hələb şəhərinin şərqində yaşayanlar təhlükəsiz yerlərə köçürülür.

626327
Hələb şəhərinin şərq ərazilərində yaşayan xalq evakuasiya edilir

Beynəlxalq Qırmızı Xaç Təşkilatı, çoxu xəstə, təxminən 150 nəfəri şəhərin qərbinə yerləşdirib.

Təşkilatın məlumatına görə, Əl Razi və İbn Haldun xəstəxanalarında müalicə olunan 118 xəstə şəhərin qərbindəki güvənli xəstəxanalarda, aralarında qadın və uşaqların da iştirak etdiyi 30 nəfər də sığınacaqlarda yerləşdirilib.

15 Noyabrdan bəri havadan və qurudan hücumların davam etməsi səbəbiylə müxaliflər Hələb şəhərinin şərqindəki ərazilərin 30%-na nəzarəti itiriblər.

Əməliyyatlar çərçivəsində Bəşər Əsəd rejiminə dəstək verən Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Ryabkov verdiyi açıqlamada rəsmi Vaşinqton ilə Moskvanın Hələb mövzusunda qıssa müddətdə razılaşa biləcəyini qeyd edib. Son günlərdə Hələbə dair sənəd mübadiləsinin sıxlaşdığını ifadə edən Ryabkov: “Bölgədəki vəziyyət hər saat dəyişir, bu səbəblə masada hansı sənədlərin olduğunu konkret olaraq ifadə etmək çətindir. Çünkü mətnlərdə hər ləhzə düzəlişlər aparılır. Xarici işlər naziri Sergey Lavrovun, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransına qatılmaq üçün getdiyi Almaniyada, Amerika dövlət katibi John Kerry ilə görüşü də, işlərin sıxlığını göz önünə sərir. Lakin bunu deməliyəm ki, Hələb mövzusunda iki ölkə qıssa müddətdə razılıq əldə edəcək. Son dövrdə ABŞ ilə yaratdığımız dialoqdan əldə etdiyimiz təcrübə, təmkinli olmağımızı tələb edir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr