Casusluqda ittiham edilǝn 32 nəfərdən 15-i edama məhkum edildi
Səudiyyə Ərəbistanında İran lehinə casusluq etdikləri iddiası ilə haqlarında cinayət işi aparılan 32 nəfərdən 15-i edama məhkum edildi.
625610

Məlumata görə müttəhəmlərdən 15-i, 6-25 il arasında həbs cəzasına məhkum edilərkən ikisi azadlığa buraxılıb.
Casusluqda ittiham edilərək haqlarında məhkəmə iş aparılan 32 nəfərdən 30-u Səudiyyə Ərəbistanı, 1-i İran, 1-i də Əfqanıstan vətəndaşıdır.
Ölkədəki şiə azlığa mənsub olan və Tehrana hərbi kəşfiyyat buraxmaqda təqsirləndirilən müttəhəmlərlə əlaqəli məhkəmə iddanaməsində: “milli təhlükəsizliyi təhdid edən bu cinayətkarlardan bəziləri İranın dini lideriylə də görüşüblər”.
Səudiyyə Ərəbistanı əhalisinin 10%-15%-i şiə məzhəbinə mənsubdur.