İraq ordusu DEAŞ-a qarşı mübarizədə xalqdan dəstək istədi

İraq hərbi rəsmiləri son zamanlar Mosulda DEAŞ -la mübarizənin çətinliklərini dilə gətirərək, şəhərin azad edilməsi əməliyyatının uzun sürəcəyini qeyd edirlər.

624910
İraq ordusu DEAŞ-a qarşı mübarizədə xalqdan dəstək istədi

İraq ordusu Mosul və Kərkükün əl-Havice və Enbara bağlı əl-Kaim qəsəbələrinə havadan milyonlarla broşür ataraq, terror təşkilatı DEAŞ-a qarşı mübarizədə xalqdan dəstək istədi.
 
 Daxili işlər Nazirliyinə bağlı Təcili Müdaxilə Qüvvələrinin general-mayoru Məhəmməd Abdulgani əl-Vaili Mosula havadan atılan broşürlərdə xalqa  DEAŞ-a qarşı şəhər mərkəzinə doğru irəliləyən təhlükəsizlik qüvvələrinin vəzifəsini müvəffəqiyyətlə yerinə yetirməsi üçün dəstək olmaları çağırışı edildiyini bildirdi.
 
 Vaili: "Iraq hökuməti Mosuldakı xilasetmə əməliyyatının son dərəcə çətin olduğunun fərqindədir  və hərbi koordinasiyanın yüksək səviyyədə olmasını istəyir"ifadələrini işlətdi.
 
 İraq hərbi rəsmiləri son zamanlar Mosulda DEAŞ -la mübarizənin çətinliklərini dilə gətirərək, şəhərin azad edilməsi əməliyyatının uzun sürəcəyini qeyd edirlər.
 
 



Әlaqәli Xәbәrlәr