Hələbdə toqquşmalara fasilə verilməsi barədə qətnamə layihəsi BMT TŞ-da səsverməyə çıxarılacaq

Layihənin ilkin variantında 10 gün olması tələb olunan fasilənin 7 günə endirildiyi öyrənilib.

623419
Hələbdə toqquşmalara fasilə verilməsi barədə qətnamə layihəsi BMT TŞ-da səsverməyə çıxarılacaq
halep'ten kaçış.jpg

BMT Təhlükəsizlik Şurasında  Hələbə humanitar yardımın çatdırılması üçün hərbi toqquşmalara 7 gün fasilə verilməsini nəzərdə tutan qətnamə layihəsi səsverməyə çıxarılacaq.
 
 Suriya rejiminin və Rusiyanın intensivləşən hava hücumlarında çox sayda vətəndaşın həyatını itirməsindən və BMT-nin Hələbi "ac şəhər" elan etməsindən sonra İspaniya, Misir və Yeni Zelandiya qərar layihəsi hazırlayaraq BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdilər.
 
 Yeni Zelandiyanın BMT Nümayəndəliyindən Hələbə humanitar yardım çatdırılması üçün münaqişələrə 7 gün fasilə verilməsinin tələb olunduğu layihənin bu gün saat 14.00-də (Türkiyə vaxtı ilə 22.00) səsverməyə təqdim olunacağı bildirildi.
 
 Layihənin ilkin variantında 10 gün olması tələb olunan fasilənin 7 günə endirildiyi öyrənilib.
 
 Qətnamə layihəsinin taleyi Əsəd rejiminin müttəfiqi və şurada veto hüququ olan Rusiyanın mövqeyindən asılı olacaq. Rusiya 2011-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasının Suriya mövzusundakı  5 qətnamə layihəsinə veto qoymuşdu.
 
 Digər tərəfdən, Kanadanın rəhbərliyi ilə Türkiyənin də aralarında olduğu bir qrup BMT üzvü olan ölkə də BMT Təhlükəsizlik Şurasının Rusiya üzündən iflic olduğunu bildirərək, 193 üzvü olan  BMT Baş Assambleyasının Hələb məsələsi ilə əlaqədar təcili toplanmasını tələb etmişdi.
 



Әlaqәli Xәbәrlәr