Hələbdəki “soyqırım və hərb cinayətlərinin” qarşısının alınması üçün tədbirlər görülsün

Suriyanın Hələb şəhərindəki qətliamların qarşısının alınması məqsədi ilə 45 ölkədən 223 qeyri-hökumət təşkilatı BMT Təhlükəsizlik Şurasını addım atmağa çağırıb.

621998
Hələbdəki “soyqırım və hərb cinayətlərinin” qarşısının alınması üçün tədbirlər görülsün

Suriyanın Hələb şəhərindəki qətliamların qarşısının alınması məqsədi ilə 45 ölkədən 223 qeyri-hökumət təşkilatı BMT Təhlükəsizlik Şurasını addım atmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasının Rusiya və Çinin veto təhdidinə görə Suriya məsələsində addım ata bilməməsi qarşısında qeyri-hökumət təşkilatlarr Şuradan Hələbdəki “soyqırım və hərb cinayətlərinin” qarşısının alınması üçün tədbir görməsini istəyib.

223 qeyri-hökumət təşkilatının birgə açıqlamasında BMT Təhlükəsizlik Şurasının 6 ilə yaxındır davam edən və 500 minə yaxın insanın həyatını itirdiyi Suriya probleminin həllində uğurlu ola bilmədiyi vurğulanıb.

Açıqlamada bildirilib: “Beynəlxalq sülh və əmin-amanlığı təmin etməkdə vəzifəli BMT Təhlükəsizlik Şurası suriyalılara qarşı öhdəliklərini yerinə yetirə bilməyib. Biz 223 qeyri-hökumət təşkilatı Təhlükəsizlik Şurasını təcili olaraq yığıncaq keçirərək, Hələb başda olmaqla Suriyadakı bütün hüquqsuz hücumlara son qoyulmasını təmin etməyə və problemsiz şərtlərdə Suriyanın hər tərəfinə humanitar yardım çatdırılmasına imkan yaratmağa çağırırıq. Üzv ölkələrdən həmin zamanda hərb cinayəti işləyənlərin beynəlxalq hüquq çərçivəsində izahat vermələrinə imkan yaradılması üçün addım atmalarını da istəyirik.

Qeyd edək ki, BMT-nin ümumi iclasında qəbul edilən qərarlar öhdəlik qoymur. Ancaq beynəlxalq ictimaiyyətin mövqeyini göstərməsi baxımından əhəmiyyət kəsb edir.  

Fransa və İngiltərə çərşənbə günü humanitar yardım çatdırılması üçün Hələbdə toqquşmalara 10 gün fasilə verilməsini nəzərə alan BMT Təhlükəsizlik Şurası layihəsi hazırladıqlarını və yaxın zamanda səsə qoymaq istədiklərini bildirmişdi.

Şurada veto hüququ olan Rusiyanın bu layihəyə müsbət yanaşmadığını açıqlaması qarşısında həmin ölkələr hələ də qərar layihəsini rəsmi olaraq Təhlükəsizlik Şurasına təqdim etməyib.

Suriyadakı vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəridir Rusiya Şurada 5 Suriya layihəsini, Çin isə 4 layihəni veto etdi.

Rusiya son olaraq oktyabr ayında Hələbə hava hücumlarının dayandırılmasını istəyən BMT Təhlükəsizlik Şurasının layihəsinə veto qoşmuşdu.

Bu arada Beynəlxalq Suriya Dəstək Qrupunun Humanitar Təşəbbüs Çalışma Qrupu yığıncağı Cenevrədə keçirildi.

BMT-nin Suriya üzrə nümayəndəsi Steffan de Mistura yığıncaqdan sonra açıqlama verərək deyib ki, Hələbdə 400 min insan didərgin edilib. Bu rəqəm Avropadakı suriyalı qaçqın sayına bərabərdir, bəlkə də artıqdır. Hələbdə didərgin edilən insanların qış şərtlərinə hazırlanması üçün humanitar yardıma və sığınacaq yerlərə ehtiyacları var.



Әlaqәli Xәbәrlәr