Suriyada, terror təşkilatı YPG üzvü Amerikalı və Almaniyalı terroristlər öldürülüb

Türkiyə qırıcı təyyarələri tərəfindən təşkil edilən aviahücum nəticəsində ölən terroristlər arasında Amerikalı vǝ Almaniyalı da var.

621667
Suriyada, terror təşkilatı YPG üzvü Amerikalı və Almaniyalı terroristlər öldürülüb

26 Noyabrda Suriyanın Münbiç şəhərində, separatçı terror təşkilatı PKK-nın bu ölkədəki qruplaşması YPG hədəflərinə Türkiyə qırıcı təyyarələri tərəfindən təşkil edilən  aviahücum nəticəsində  ölən  terroristlərdən birinin Amerikalı, birinin də Almaniyalı  olduğu təsbit edilib.

Əldə edilən məlumata  görə Türk döyüş təyyarələri tərəfindən həyata keçirilən hava hücumunda, Amerika Birləşmiş Ştatlarının Californiya əyalətindən olan və  'Robin Agıri' müstəar adlı Michelle Israel ilə Almaniyanın Bielefel şəhərindən 'Zana Civan' kod adlı Anton SJK  öldürülüb.

Amerikalı Israelin İyun, Almaniyalı SJK-nın isə sentyabr ayında Suriyaya gedərək terror qruplaşması YPG-yə  qoşulduqları qeyd edilir.



Әlaqәli Xәbәrlәr