Qəzada ölənlərin böyük əksəriyyəti azərbaycanlılardır

İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.

617998
Qəzada ölənlərin böyük əksəriyyəti azərbaycanlılardır

  Hadisə 25 noyabr İran vaxtıyla 7:40 radələrində baş verib.

  Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib. 

  Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb. Hadisə yerinə tibb işçiləri və digər fövqəladə xidmət orqanlarının əməkdaşları cəlb olunublar. Qarlı və şaxtalı hava şəraiti xilasedicilərin işini çətinləşdirib.

  Bu barədə əyalətin qubernatoru Məhəmməd Reza Xabbaz  İran televiziyasının efirində məlumat verib.

  İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi isə bildirib ki, “Toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb. Ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir”. 

  İran KİV-nə istinadən, İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürtəzəvi isə qəza nəticəsində ölənlərin 40-dan çox, yaralananların isə 100-ə yaxın olduğunu söyləyib.  

  İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindən Məşhədə yola düşən və Semnan əyalətində digər qatarla toqquşma nəticəsində yaranan qəzada ölənlərin böyük əksəriyətini yerli türklər - azərbaycanlılardır.



Әlaqәli Xәbәrlәr