Mosul şǝhǝrindǝn köç edǝnlǝrin sayı79 min nǝfǝrǝ çatıb

İraq qırmızı aypara cǝmiyyǝtinin hazırladığı hesabata görǝ əməliyyatının başladığı tarixdǝn etibarǝn Mosul şǝhǝrini tǝrk edǝnlǝr, Ərbil, Duhok və Ninovadaki düşərgələrǝ sığınırlar.

613108
Mosul şǝhǝrindǝn köç edǝnlǝrin sayı79 min nǝfǝrǝ  çatıb

Son 24 saatda Mosulun şərq və şimal   ǝrazilǝrindǝn min 500 nǝfǝrin köç etdiyi ifadǝ edilǝn hesabatda, əksəriyyəti uşaq və qadınlardan ibarət olan qaçqınlar Mosulun şərqindəki Es-Sahil Əl-Eyser bölgəsindǝki Çadır Düşərgəsinə yerlǝşdirildiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatından daha əvvəl verilǝn açıqlamada, əməliyyat səbəbiylə evlərindən ayrılmaq məcburiyyətində qalanların sayının 59 minə çatdığı bildirilmişdi.

Qeyd edǝk ki, Mosulu terror təşkilatı DEAŞ-dan xilas etmǝk üçün İraq Ordu birlǝşmǝlǝri, Peşmǝrgǝ qüvvǝlǝr və Türkiyǝnin Başikadakı hǝrbi bazasındakı ǝsgǝrlǝrin tǝlimdǝn keçirdiklǝri Ninova Mücahidlərinin iştirakı ilǝ 17 oktyabrda əməliyyat başladılıb.

 



Әlaqәli Xәbәrlәr