Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev saxlanıb

Nazirin 2 milyon dollar məbləğində rüşvət aldığı iddia edilir.

610953
Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev saxlanıb

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Aleksey Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.  Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır. 

Rus hökumətinin  mǝlumatına  görǝ  Baş nazir Dmitriy Medvedev, Ulyukayevin  saxlanması   mövzusunu Putin  ilǝ  danışıb. 



Әlaqәli Xәbәrlәr