Rəsmi Tehranın istəyinə Moskva müsbət cavab verdi

İrana tətbiq olunan sanksiyaların ləğvindən sonra İran və Rusiya arasındakı hərbi əməkdaşlıq güclənməkdə davam edir.

610342
Rəsmi Tehranın istəyinə Moskva müsbət cavab verdi

İrana tətbiq olunan sanksiyaların ləğvindən sonra İran və Rusiya arasındakı hərbi əməkdaşlıq güclənməkdə davam edir.

İran Rusiyadan yeni silah sistemləri satın almaq üçün addım atıb.

Rəsmi Tehranın bu tələbinə Moskva müsbət cavab verib.

Qısa müddət əvvəl hava müdafiə sistemləri satın almaq barədə sazişin əsaslarını tamamlayan iki ölkə arasında 10 milyard dollarlıq yeni silah satışı gündəmdədir. Yeni saziş T-90 tankları ilə qırıcı təyyarələr və helikopterləri əhatə edir.

İran Rusiyanın yeni nəsil S-400 raket sistemlərinin  təchizatında da maraqlıdır.



Әlaqәli Xәbәrlәr