İraq qüvvələri Mosulun 9 kəndini ələ keçirdi

İraq qüvvələri Mosulu DEAŞ-dan xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat çərçivəsində şəhərin cənub-şərqindəki 9 kəndi ələ keçirib.

606594
İraq qüvvələri Mosulun 9 kəndini ələ keçirdi

İraq qüvvələri Mosulu DEAŞ-dan xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat çərçivəsində şəhərin cənub-şərqindəki 9 kəndi ələ keçirib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, şəhərin cənub-şərqində, Böyük Zap çayının şimalından Dəclə çayına uzanan bölgədə yerləşən 9 kəndə nəzarət ələ keçirildi. Əməliyyat zamanı terror təşkilatına ciddi səviyyədə zərər verildi və silah-sursatları müsadirə edildi. Bölgələrdə isə terrorçuların təhlükəsizlik qüvvələrini hədəf almaq və irəliləyişinə mane olmaq məqsədilə istifadə etdiyi bəzi tunellər aşkarlandı.

Tuneldə xeyli miqdarda silah-sursatın ələ kəçirildiyi bildirilib.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosulun terror təşkilatından təmizlənməsi üçün İraq Ordu Birlikləri, Peşmerge qüvvələri və ümumilikdə Başıka düşərgəsindəki Türk əsgərlərinin təlim keçdiyi Ninova mücahidləri 17 oktyabrda əməliyyata start vermişdi.



Әlaqәli Xәbәrlәr