İran, ABŞ-ı DEAŞ-a yardım etmǝkdǝ ittiham edib

Terror təşkilatı DEAŞ, Amerika Birləşmiş Ştatlarının mǝxfi ordusudur. Bunu İranın dini liderinin hərbi mǝslǝhǝtçisi Rəhim Səfəvi deyib.

605417
İran, ABŞ-ı DEAŞ-a yardım etmǝkdǝ ittiham edib

Rəhim Səfəvinin sözlǝrinǝ görǝ ABŞ-ın terror tǝşkilatı DEAŞ-ı nǝzarǝt altında tuta bilmǝdiyinǝ dair iddialar qane edici deyil. Bütün dǝlillǝr, DEAŞ-ın ABŞ-ın mǝxfi ordusu olduğunu göz önünǝ sǝrir.

Rəhim Səfəvi, prezident namizədlərindən Hillari Klintonın DEAŞ-ın da Əl Qaidə  kimi özləri tərəfindən yaradıldığını etiraf etdiyini irǝli sürǝrǝk vurğulayıb ki, ‘ABŞ-ın DEAŞ-a yardım etdiyini göstǝrǝn xeyli dǝlil var. Rǝsmi Vaşinqton Suriya və İraqda yaradacaq döyüşə islam ölkələrini dǝ çǝkǝrǝk İsrailin təhlükəsizliyini təmin etməyə çalışır. İran- İraq döyüşündǝ 200 mindən çox vǝtǝndaşımız şǝhid oldu. Suriyada da 2011-ci ildən bǝri davam edǝn vətəndaş müharibəsində 300 mindən çox Suriyalı   hǝyatını  itirib. 9 milyon İraq, Suriya və Yəmənli ev eşiyini tǝrk edib. Aralıq dənizi qaçqınlar üçün qəbiristanlığına çevrilib.”



Әlaqәli Xәbәrlәr