Dəməşqdə uşaq bağçasına hücum nəticəsində 8 uşaq həlak oldu

Suriyanın paytaxtı Dəməşqdə Әsəd rejiminin uşaq bağçasına yönəldilmiş hücumunda 8 uşaq həlak olub, 15 uşaq isə yaralanıb.

604956
Dəməşqdə uşaq bağçasına hücum nəticəsində 8 uşaq həlak oldu
suriye çocuklar.jpg

Suriyanın paytaxtı Dəməşqdə Әsəd rejiminin uşaq bağçasına yönəldilmiş hücumunda 8 uşaq həlak olub, 15 uşaq isə yaralanıb.

Rejimə məxsus topçu birliyi Dəməşqdə müxalifətin nəzarətindəki Harestan bölgəsində Bunet əl Müstakbəl adlı uşaq bağçasını bombalayıb. Top mərmisi uşaq bağçasına tənəffüs zamanı düşüb. Yaralanan uşaqlar bölgədəki səhra xəstəxanasında müalicə olunur.

Rusiyaya məxsus döyüş təyyarələrinin Hələbin qərb ərazilərindəki Urum yaşayış məntəqəsini bombalaması nəticəsində isə 3 nəfər həlak olub, çoxlu sayda nəfər isə yaralanıb.

Suriya ordusuna məxsus qırıcılar isə paytaxtın Hamuriyə yaşayış məntəqəsini bombalayıb. Bu hücum nəticəsində ölən və yaralananlar olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr