Suriyada çadır şəhərcikləri suyun altında qaldı

Güclü yağışlaran sonra palçığın içində qalan insanların təcili  məskunlaşmağa, geyimə və isinməyə ehtiyacı var.

601688
Suriyada çadır şəhərcikləri suyun altında qaldı
suriye çadırkent su altında kaldı1.jpg

Rejimdən və rus hücumlarından qaçan suriyalıların ölkənin şimalında qurduğu çadır şəhərcikləri şiddətli külək və yağış səbəbindən su altında qaldı.
 
 Bab Əs-Səlamə sərhəd qapısının cənubunda, Azezin şimalında Furqan, Muhabirin və Yaşıl Əllər  adlandırlan düşərgə sahələri ilə İdlibin şimalındakı Türkiyə sərhədinə yaxın Atme çadır şəhərciyi güclü yağışlaran sonra palçığın içində qaldı.
 
 On minlərlə suriyalıya ev sahibliyi edən və zeytun bağlarının arasına qurulan çadır şəhərciklərində yaşayanlar, qışın yaxınlaşması ilə bir tərəfdən soyuq, digər tərəfdən də yağış suları və palçıqla mübarizə etmək məcburiyyətində qaldılar.
 
 İnsanların təcili  məskunlaşmağa, geyimə və isinməyə ehtiyacı var.



Әlaqәli Xәbәrlәr