Stephen O'Brian müharibənin Yəməni məhvə sürüklədiyini bildirdi

"Yəməndə döyüşən tərəflər  sülh məsələsində təcili olaraq razılıq əldə etməzsə, Yəmən bütün regionu sarsıdacaq şəkildə çökə bilər"

601648
Stephen O'Brian müharibənin Yəməni məhvə sürüklədiyini bildirdi

 Bu xəbərdarlığı BMT baş katibinin Humanitar İşlər üzrə müavini  Stephen O'Brian etdi.
 
 Təhlükəsizlik Şurasına Yəməndəki vəziyyət ilə bağlı məlumat verən O'Brain müharibənin ölkəni məhvə sürüklədiyini,  iinfrastrukturu xilas etmək üçün sülhə təcili ehtiyac duyulduğunu söylədi.
 
 Yəmənin 21 milyonluq əhalisinin yardımlarla yaşamağa çalışdığını, 370 mini uşaq olmaqla, 2 milyon insanın aclıq həddində olduğunu bildirən O'Brain əhalinin 80%-nin yardıma möhtac olduğunu qeyd etdi.
 
 Vəba virusuna da diqqət çəkən Stefan O'Brain 61 nəfərə vəba yoluxduğunu, 1700 xəstədə da vəba şübhəsi olduğunu dedi.
 
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Ould Şeyx Əhməd də, Yəmən sülh danışıqlarının bir nəticə verməməsində siyasətçiləri günahlandırdı.
 
 Şeyx Əhməd tərəflərin təqdim etdiyi sülh planını rədd etməsini xatırladaraq: " Nə vaxta qədər Yəmən xalqı şəxsi ehtiraslarını ön planda tutan bu düşüncəsiz siyasətçilərin əlində girov qalacaq?" ifadəsini işlətdi.
 
 Xatırladaq ki, Yəməndə 18 aydır davam edən müharibədə 7 mindən çox insan həlak olub.



Әlaqәli Xәbәrlәr