4 noyabrda Hələbdə 10 saatlıq "humanitar fasilə" tətbiq ediləcək

Rusiya prezidenti Vladimir Putin Suriyanın Hələb şəhərində noyabrın 4-də 10 saatlıq atəşkəs elan edilməsi barədə əmr verdi.

602084
4 noyabrda  Hələbdə 10 saatlıq "humanitar fasilə" tətbiq ediləcək

 Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı prezident Putinin əmri əsasında, Hələbdə mülki vətəndaşların şəhəri tərk edə bilmələri üçün noyabrın 4-də yerli vaxtla saat 9.00-19.00 radələri arasında "humanitar fasilə" tətbiq ediləcəyini açıqladı.
 
  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov: "Anlamsız ölümlərin qarşısını almaq məqsədilə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Baş Komandanı Vladimir Putindən aldığı əmr əsasında Hələbdə 4 noyabr, saat 09.00-19.00 radələri arasında humanitar fasilə elan edilməsi barədə qərar verdi. Bu qərar Suriya hökuməti tərəfindən də təsdiq olundu" dedi.
 



Әlaqәli Xәbәrlәr