Rəsmi pasportlara tətbiq edilən viza ləğv edildi

2014-cü ildə İraqla qəbul edilən razılaşmaya əsasən ümumi pasportları çıxmaqla viza rejimi ləğv edildi. Qərar okyabrın 30-dan etibarən qüvvədə olacaq.

598616
Rəsmi pasportlara tətbiq edilən viza ləğv edildi

2014-cü ildə İraqla qəbul edilən razılaşmaya əsasən ümumi pasportları çıxmaqla viza rejimi ləğv edildi. Qərar okyabrın 30-dan etibarən qüvvədə olacaq.

Türkiyənin Bağdad səfiri Faruk Kaymakcı 2014-cü ildən bəridir fəaliyyətlərin davam etdiyini, iki ölkə arasında rəsmi pasportlara tətbiq edilən vizanın ləğvi üçün qərarın okyabrın 28-də qüvvəyə mindiyini, həmin razılaşmaya əsasən diplomatik, xidmət və xüsusi pasport sahibi Türkiyə və İraq vətəndaşlarının İraq və Türkiyəyə səyahəti üçün artıq viza istənməyəcəyini açıqlayıb.

Səfir dəyişikliyin sadəcə diplomatik, xidmət və xüsusi pasportlar üçün olduğunu, ümumi İraq paspartlarına isə etiket, viza, elektron viza və C1 (müalicə, turizm və ticarət) viza tətbiqinin davam etdiyini, Türkiyənin viza şərtlərini yerinə yetirən, təklif edildiyi kimi müraciətini edən iraqlılara həmin gün viza verilə bildiyini vurğulayıb.

Səfir Kaymakcı 2016-cı illin əvvəlində başladılan yeni viza əsasları ilə bunu yerinə yetirən iraqlıların asan və sürətli şəkildə viza ala bildiklərini, İraqdan Türkiyəyə və digər Avropa ölkələrinə qeyri-qanuni yollardan köçün isə önəmli səviyyədə azaldığını da ifadə edib.



Әlaqәli Xәbәrlәr