DEAŞ terrorçuları Mosulda 200  adamı edam etdi

Bunu Ninova millət vəkili İntisar əl-Cuburi bildirdi.

595458
DEAŞ terrorçuları Mosulda 200  adamı edam etdi

İraqın  Mosul şәhәrini  DEAŞ-dan tәmizlәmә әmәliyyatları  davam edәrkәn  terror tәşkilatının şəhərdə sıralarına qoşulmayan  200  adamı öldürdüyü iddia edildi.

Ninova millət vəkili İntisar əl-Cuburi  DEAŞ-ın sıralarına qoşulmayan 200 nәfәrin terrorçular tәrәfindәn  öldürüldüyünü açıqladı.

Cuburi  edamların  Mosulun müxtəlif bölgələrində hәyata keçirildiyini  və cənazələrin ailələrinə təslim edilmədiyini söylədi.

Amerikanın  ''CNN International''  televiziya kanalı da  DEAŞ-ın  dünən Mosulda 284 adamı öldürdüyünü açıqlamışdı.

Xəbərdə kütlәvi mәzarlara bastırılan qurbanların arasında uşaqların da olduğu qeyd olunmuşdu.



Әlaqәli Xәbәrlәr