Mosul əməliyyatının 2-ci dalğası altı cəbhədə davam edir
İraqda altı ayrı cəbhədə Mosul əməliyyatının 2-ci dalğası davam edir.

Mosul əməliyyatının 2-ci dalğasında, terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlarda bir amerikan əsgəri öldü.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Şimali İraqda əl qumbarasının partlaması nəticəsində bir amerikan əsgərinin öldüyü barədə məlumat yaydı.
Əməliyyatın 2i-ci dalğası Mosul Bəndi, Esgi, Tilikof, və Nevera bölgələrində davam edir.
Faziliye bölgəsində cümə günü genişmiqyaslı bir əməliyyatın başlanılacağı bildirilir.
Peşmərgə Nazirliyi Mətbuat İnformasiya İdarəsinin baş direktoru Halqurt Hikmət TRT-yə əməliyyatın plana uyğun olaraq davam etdiyini açıqladı.
Halqurt Hikmət 2-ci dalğa əməliyyatının hədəfinin 20 yaşayış məntəqəsinin DEAŞ-dan azad edilməsi olduğunu ifadə etdi.
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terror təşkilatı DEAŞ-dan təmizlənməsi üçün İraq ordusunun birlikləri, Peşmərgə qüvvələri və böyük əksəriyyətinə Başika Düşərgəsindəki Türk əsgərlərinin təlim verdiyi Ninova Mücahidləri əməliyyata başlayıb.
Әlaqәli Xәbәrlәr

Taxıl gəmisi İstanbul boğazından keçdi
Ukrayna taxılını daşıyan “Resilient Africa” adlı yük gəmisi İstanbul boğazından keçib.