Makedoniya Məclisi buraxıldı

Makedoniya Məclisi 11 dekabrda keçirilməsi planlaşdırılan erkən seçkidən əvvəl səs çoxluğu ilə buraxıldı.

592339
Makedoniya Məclisi buraxıldı

  Makedoniya Məclisində keçirilən iclasda parlamentin buraxılması 110 lehinə səslə qəbul edildi.

  Alqışlarla qarşılanan qərar Məclis sədri Trayko Velyanoski tərəfindən açıqlandı. Millət vəkillərinə təşəkkür edən Velyanoski: "Bitərəf və əleyhinə səsi almadan Makedoniya Məclisi buraxıldı", - deyə elan etdi.

  Məclis sədrinin müavini Renata Deskoska da 11 dekabrda keçiriləcək seçkilərin azad, ədalətli və demokratik keçməsi üçün çalışdıqlarını bildirib.

  Məclisin ləğv edilməsi qərarından əvvəl isə millət vəkilləri səs çoxluğu ilə Makedoniyanın 2017-ci il büdcəsini təsdiqləyiblər.

  Qeyd edək ki, büdcənin təsdiqlənməsi və məclisin ləğv edilməsi qərarı iqtidar partiyası tərəfindən məsləhət görülmüşdü.
 



Әlaqәli Xәbәrlәr