Mosul Əməliyyatı 2 gün içində 2 kəndi azad etdi

İraq Təhlükəsizlik Qüvvələri şəhərin cənubundakı Əl-Kayyare nahiyəsinə bağlı iki kəndi terror təşkilatı DAEŞ-dən qurtarmışlar.

591606
Mosul Əməliyyatı 2 gün içində 2 kəndi azad etdi

   İraqın Mosul şəhərini terror təşkilatı DAEŞ-dən qurtarmaq üçün başladığı əməliyyat 2-ci günündə bütün sürətiylə davam edir.

   İraq Təhlükəsizlik Qüvvələri şəhərin cənubundakı Əl-Kayyare nahiyəsinə bağlı iki kəndi terror təşkilatı DAEŞ-dən qurtarmışlar.

  Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi İraq ordusunun Mosul əməliyyatında ilk gündən etibarən yalnız irəlidiklərini açıqlayıb. Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk əməliyyatın ön sıralarında İraq əsgərləri və Peşmerge döyüşçülərinin olduğunu, ABŞ qüvvələrinin isə yalnız dəstək verdiyini bildirib. Kuk Türkiyə əsgərlərinin Mosul əməliyyatına qatılıb-qatılmayacağı ilə bağlı bu məsələnin iki ölkənin arasında həll edilməsi lazımlığını, ikisinin də ortaq düşməninin terror təşkilatı DAEŞ olduğunu vurğulayıb.

  Ağ Evin sözçüsü Coş Ernest də gündəlik mətbuat konfransında Mosul əməliyyatına toxunub. O, ABŞ liderliyindəki beynəlxalq koalisiyanın komandirlərindən biri olan general-leytenant Stefen Tovnsendin sözlərinə əsasən, terrorçuların tam təmizlənməsinin bir az zaman alacağını söyləyib, hətta şəhəri əllərində saxlamaq üçün DAEŞ-in günahsız insanların həyatlarını təhlükəyə atmaqda tərəddüd etməyəcəyini də qeyd edib.

  Ağ Evin sözçüsü Coş Ernest və eyni zamanda, ABŞ Dövlət Katibliyinin sözçüsü Mark Toner bunu bildiriblər ki, “Amerika gücləri əməliyyatlara liderlik etmir, bu işdə əsas rol İraq Ordusundadır”.

  Bunu da qeyd edək ki, Mosul əməliyyatıyla bağlı 25 oktyabrda Parisdə beynəlxalq yığıncaq təşkil ediləcək. Fransa Müdafiə Nazirliyinin ev sahibliyilə keçiriləcək toplantıda 12 ölkənin müdafiə nazirləri olacaq.



Әlaqәli Xәbәrlәr