Rejim müxaliflǝrinin hǝdǝflǝrinǝ istiqamǝtli aviahücumlarda 45 nǝfǝr ölüb

Suriyanın şimalındakı Hələb şǝhǝrindǝ, rejim qüvvǝlǝrinin mühasirǝ etdiyi bölgǝlǝrǝ istiqamətli aviahücumlar nǝticǝsindǝ 49 nǝfǝr hǝyatını itirib.

590842
Rejim müxaliflǝrinin hǝdǝflǝrinǝ istiqamǝtli aviahücumlarda 45 nǝfǝr ölüb
halep.jpg

Hǝlǝb mülki müdafiə tǝşkilatının üzvlǝrindǝn Nəcib Ənsari, Anadolu agentliyi müxbirinə açıqlama verib. Ənsarinin sözlǝrinǝ görǝ Rusiya və Suriya rejiminǝ mǝxsus qırıcılar, Hələb şǝhǝrindǝ rəhbərlik əleyhdarlarının nǝzarǝtindǝki bölgələrə aviahücum tǝşkil ediblǝr. Hücumlar nǝticǝsindǝ Katırcı sǝmtindǝ 25, Muyesir və Şeyx Faris mǝhǝllǝlǝrindǝ 14 Kǝrǝm Nǝzhǝ, Məşhəd və Şeyx Səid mǝhǝllǝlǝrindǝ isǝ 6, Sukkeri, Bab əl Nasır, Kantanǝ və Haydariyǝ mǝhǝllǝlǝrindǝ isǝ 4 nǝfǝr hǝyatını itirib. 113 nǝfǝr yaralanıb.

Aviahücumlarda yaralanan dinç sakinlǝr bölgədəki səhra xəstəxanalarında müalicə altına alınıblar. Hücumlar nǝticǝsindǝ xeyli bina yerlǝ yeksan olub.

Ənsarinin mǝlumatına görǝ Ruslar aviahücumlarda daha təsirli bombalar istifadə edir. Daha əvvəl Rusların bombaladığı yerlərdə 5-7 metr dǝrinliklǝrdǝ çuxurlar meydana gələrkən, bu bombaların isabət etdiyi yerlərdə 10 metrdən dərin çuxur yaranır.



Әlaqәli Xәbәrlәr