“İraq İrana 96 milyard dollar təzminatı ödəməlidir”, H.Fəlahətpişe

İran Məclisi Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının üzvü Heşmətullah Fəlahətpişe ölkəsinin yüz minlərlə adamın həyatını itirdiyi İran-İraq müharibəsiylə bağlı Bağdad rəhbərliyindən təzminat tələb etmək məsələsini qaldırıb.

589782
“İraq İrana 96 milyard dollar təzminatı ödəməlidir”, H.Fəlahətpişe

  Millət vəkili Fəlahətpişə İranın milli qəzetlərindən birinə verdiyi müsahibədə "İraqdan təzminat almaq qulaqardına vurulacaq bir mövzu deyil", - deyib və belə davam edib: “İraq dövləti müharibəni törətdiyi üçün İranın təzminat tələbi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 598-ci qərarıyla haqlı sayılır. Dövrün BMT Baş katibi Xavyer Perez de Kuellar təzminat miqdarını 96 milyard dollar təyin etmişdi. Bu rəqəm artıq ödənməlidir”.

  Fəlahətpişe onu da bildirib ki, "Can itkisiylə yanaşı İranın sərhəd bölgələrindəki şəhərlərin infrastrukturları da yox edildi. İranın təzminat haqqından imtina edən kim olursa, xalqın qarşısında hesab verəcək."

  İranlı millət vəkili onu da xatırladıb ki, “Almaniya İkinci Dünya müharibəsini törətdiyinə görə Avropa ölkələrinə təzminat ödəyib, eyni mexanizm İraqa da tətbiq edilməlidir”.

  İranla İraq arasında 1980-1988-ci illər arasında baş verən döyüşdə iki tərəfdən də yüz minlərlə adam həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr