Hələbdə müxaliflərin nəzarətindəki bölgələrdə son iki gündə ölənlərin sayı 145-i keçdi

Suriyanın Hələb şəhərinə davam edən hava hücumlarında müxaliflərin nəzarətindəki bölgələrdə son iki gün ərzində ölənlərin sayı 145-i keçdi.

589038

 Son hava hücumlarından birində Hələbin ən böyük bazarı hədəf alındı.
 
 Bombardmanda 15 nəfər həlak oldu, ətrafdakı binalar da dağıldı.
 
 Şəhərin qərbində də buna bənzər mənzərə vardır.
 
 Əl- Süleymaniyyə səmtindəki məktəbi hədəf alan bombardmanda ən az dörd uşaq həlak oldu.
 
 Rusiya Xarici İşlər Nazirliyi Dəməşq səfirliyinə rejim əleyhdarlarının əlində tutduğu ərazidən iki haubitsa atıldığını bildirildi.
 
 Haubitsalardan  biri səfirliyin önündəki mühafizə məntəqəsinə yaxın bir yerdə, digəri konsulluğun girişinə yaxın bir yerdə partladı.
 
İtki yoxdur.

Әlaqәli Xәbәrlәr