Atəşkəs üçün ümidlər puça çıxdı

Suriyadakı vətəndaşların dramı beynəlxalq diplomatiyanın şahidliyi ilə davam edir.

588770
Atəşkəs üçün ümidlər puça çıxdı

  Bombalar Hələb və digər şəhərlərdə xalqın üzərinə yağmağa davam edir. Son hava hücumlarında ölənlərin sayı 40-ı keçib. Yerlə yeksan olan binalardan qurtarılan yaralıların sayı 80-dən çoxdur. Axtarış-xilasetmə qrupları tökülüb qalmış binalardan bir canlı belə qurtarmaq üçün var gücləri ilə çalışır. Könüllülərdən ibarət "Ağ Baretlər" qrupu da iş başındadır. Dağıntıları əlləriylə belə qazırlar. Toza-quma dönmüş bina dağıntılarının arasından bir uşaq yenidən həyata “merhaba” dedi.

  Yenə Suriya və yenə ürək parçalayan başqa bir görüntü. Bu kiçik qız Ayadır. Humusda yaşadığı ev bombalar altında qaldı. Sağ qalması belə təəccüblüdür. Amma o yaşaya bildi. Tək istəyi tezliklə atasına qovuşmaqdır.

  Suriyada yaşayış məskənlərini hədəfə alan son hava hücumları əvvəlkiləri kölgədə qoyur. Rusiya hava qüvvələrinin istifadə etdiyi betonudəlmə xüsusiyyətinə malik bombalar vətəndaşların həyatının qənimidir. Bombalar deşib keçdikləri binaların zəmininə çatdıqları zaman zəlzələ təsiri yaradır. Düşdükləri binaların yerində diametri 5-7 metr arası çuxurlar qalır.

  Suriyadakı vətəndaşların dramı beynəlxalq diplomatiyanın şahidliyi ilə davam edir. Yeni bir atəşkəs üçün səylər belə nəticəsiz qalır. Fransa prezidenti Fransua Oland atəşkəs rejimini pozmaqda Rusiyanı təqsirləndirir. Bu arada onu qeyd edək ki, Rusiya Xarici İşlər naziri Lavrov Suriya böhranını yenidən müzakirə etmək üçün Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı ali rəsmi nümayəndələrinin şənbə günü İsveçrənin Lozanna şəhərində toplanacağını açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr