Bǝlucistanda qatara bombalı hücum tǝşkil edilib

Pakistanın Bəlucistan əyalətində  qatara təşkil edilən bombalı hücum nǝticǝsindǝ  3 nǝfǝr  hǝyatını  itirib. 16 nəfər də yaralanıb. Yenilǝnib

584811
Bǝlucistanda qatara bombalı hücum tǝşkil edilib

Bəlucistan əyalətinin paytaxtı Quettanın (Kueta) 65 kilometr cənub-şərqində törǝdilǝn hadisǝyǝ görǝ məsuliyyətini hələ üzǝrinǝ götürǝn olmayıb.

Hadisǝni qınayan Pakistan baş naziri Navaz Şərif, cinayǝtkarların tutulması üçün tǝlimat verib.

İran və Əfqanıstan sərhədindəki Bəlucistan əyaləti zəngin neft və təbii qaz ehtiyatlarına sahibdir.

İllərdir ayrılıqçı hücum və məzhəb qarşıdurmalarına sǝhnǝ olan Əyalǝtdǝ 8 Avqustda bir xəstəxanada komikadzenin özünü partladması nǝticǝsindǝ 67 nǝfǝr hǝyatını itirmişdi. Hǝmin hücuma görǝ mǝsuliyyǝti terror təşkilatı DEAŞ üzrǝnǝ götürmüşdü.

 



Әlaqәli Xәbәrlәr