Rusiya ABŞ-la ǝldǝ etdiyi saziş mǝtnini ictimaiyyǝtǝ tǝqdim edib

Rusiya Xarici İşlǝr Nazirliyi 9 sentyabrda ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mǝtnini yayımlayıb.

578636
Rusiya ABŞ-la ǝldǝ etdiyi saziş mǝtnini ictimaiyyǝtǝ tǝqdim edib

Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edǝn  Rusiya Xarici İşlǝr Nazirliyi bildirib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ hər dəfə buna qarşı çıxış sǝrgilǝyib. ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”. 

ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirǝn Rusiya Xarici İşlǝr Nazirliyi, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlıların Cəbhə ən-Nüsrənin tərkibində döyüşdüyünü, terrorçulara yardım vǝ havadarlıq etməyin heç vaxt xeyir gətirmədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqələndirilməsinə dair saziş sentyabrın 9-da imzalanıb.

 



Әlaqәli Xәbәrlәr