Hələbdə ölən mülki vətəndaşların sayı hər gün artır

Suriyanın Hələb şəhərində ölən mülki vətəndaşların sayı hər gün artır.

578373
Hələbdə  ölən mülki vətəndaşların sayı hər gün artır

Suriyanın Hələb şəhərində ölən mülki vətəndaşların sayı hər gün artır.
 
 Rus təyyarələrinin  Hələbdə müxaliflərin nəzarətində olan Şear və Məşhəd səmtlərindəki yaşayış məntəqələrinə son hücumlarında çoxu qadın və uşaq olmaqla 22 nəfər həlak oldu, 39 nəfər yaralandı.
 
 Ərazidəki dağıntıların arasında xilasetmə işləri çətinliklə aparılır.
 
 Əsəd rejimi sentyabrın 12-də başlayan atəşkəsi sentyabrın 19-da bitirdiyini elan etmişdi.
 
 O tarixdən etibarən Əsəd birlikləri  rus ordusunun dəstəyi ilə Hələbin mərkəzində və müxaliflərin nəzarətində olan şərq rayonlarını şiddətli bombardımana tutur.
 
 Bombardmanlarda bu ana qədər aralarında qadın və uşaqların da olduğu 497 mülki vətəndaş həlak olub, 1667 nəfər yaralanıb.
 
 Digər tərəfdən, ABŞ Dövlət Departamentindən verilən açıqlamada suriyalılara humanitar yardım məqsədilə 400 milyon dollar əlavə fond ayrıldığı bildirilir.
 
 Dövlət Departamenti, eyni zamanda, ötən il 10 min suriyalı qaçqını qəbul etməyi planlaşdırdıqlarını, lakin il ərzində bu sayın aşıldığını və 12 min 500 qaçqının qəbul edildiyini qeyd edir.
 
 Suriyada humanitar yardım fəaliyyəti ilə məşğul olan "Ağ Dəbilqəlilər"in rəhbəri  Raed Saleh  Washington mərkəzli think tank təşkilatı olan "Atlantic Council" dəki çıxışında Hələbdə yaşanan insanlıq faciəsindən  danışdı.
 
 Hələbdə mülki vətəndaşların artıq gizlənmək üçün yeri belə qalmadığını vurğulayan Raed Saleh:"Hələb xalqı ölümünü gözləyir və beynəlxalq ictimaiyyət bu məsələdə səssiz qalır. Son bir həftə ərzində təxminən min nəfər həyatını itirib" dedi
 
 Rusiya Suriyada hava əməliyyatlarına başladıqdan sonra vətəndaş ölümlərinin artdığını qeyd edən Saleh yaralılara  maddi-texniki çatışmazlıq və mühasirələr səbəbindən kifayət qədər kömək edə bilmədiklərini qeyd etdi və Türkiyədən bir çox mənada dəstək gördüklərini bildirdi.

Saleh: "Türk hökuməti təxminən 3 milyon suriyalıya kömək edir və biz buna görə minnətdarıq. Türkiyə eyni zamanda bizim göndərdiyimiz yaralılara qapısını açır və bu, bizim hazırda ən çox ehtiyac hiss etdiyimiz məsələdir" dedi.



Әlaqәli Xәbәrlәr