Bağdadda həyata keçirilən iki hücum nəticəsində 18 nəfər ölüb, 47 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda həyata keçirilən hücum nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

578026
Bağdadda həyata keçirilən iki hücum nəticəsində 18 nəfər ölüb, 47 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda həyata keçirilən iki ayrı intihar hücumu nəticəsində 18 nəfər ölüb, 47 nəfər yaralanıb.

Bağdad Əməliyyatlar Komandirliyinin açıqlamasında bildirib ki, paytaxtın qərbindəki El-Bayya bölgəsində canlı bomba hücumu həyata keçirilib.Partlayışda biri kamikadze olmaqla 9 nəfər ölüb, 26 vətəndaş isə yaralanıb.

Digər tərəfdən paytaştın şərqində yerləşən Bağdad əl-Cedid bölgəsindəki intihar hücumunda ölənlərin sayı isə 9-a çıxıb. Yaralanlarının sayının isə 21 olduğu bildirilib.

Hücumlara görə hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

İraqda terror təşkilatı DAEŞ-in ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçirməsindən sonra paytaxt Bağdad müəyyən zamanlarda zorakılıq hadəsələri və bombalı hücumlara səhnə olur.

İraq rəsmiləri hücumların DAEŞ ilə əlaqəsi olan qruplaşmalar tərəfindən həyata keçirildiyini ifadə edir.



Әlaqәli Xәbәrlәr