Atəşkəs sona çatdıqdan sonra Suriyada 444 mülki vətəndaş həlak oldu

Hələbin atəşkəsin sona çatmasından dərhal sonra başlayan amansız bombardımanı davam edir.

576832
Atəşkəs sona çatdıqdan sonra Suriyada 444 mülki vətəndaş həlak oldu

Sentyabrın 19-dan etibarən həlak olan Suriya vətəndaşlarının sayı 444-ə çatdı.

Dünən Əsədə tabe olan birliklər və Rusiya qüvvələri tərəfindən Hələbə təşkil olunan hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla, 85 isan həyatını itirdi. 200-dən çox  yaralı var.

Əsəd rejiminə məxsus və Rusiya təyyarələri  vakuum, çəllək  və fosforlu bombalardan istifadə edirlər.

Çox sayda bina yerlə yeksan oldu. Xəstəxanalarda çarəsizlik hökm sürür, yaralıları yerləşdirəcək məkan və tibbi personal çatışmazlığı var.

Şəhərin infrastrukturu tamamilə yararsız haldadır.

2 milyon insan susuz qalıb.

Qarşıdurmalar şəhərin şimalındakı Handaratda daha intensivdir.

Bölgədəki qaçqın düşərgəsi və hərbi obyektlər gah rejim qüvvələrinin, gah da  müxaliflərin əlinə keçir.

Qeyd edək ki, şənbə günü təşkil edilən hava hücumlarında   Hələbdə 92 insan həlak olmuş, 273 nəfər yaralanmışdı.

Sentyabrın 19-dan  bu günədək  rejimin və Rusiyanın bombardımanları nəticəsində 444 mülki vətəndaş həyatını itirib, 585 nəfər isə yaralanıb.

Əsəd rejimi, ABŞ və Rusiyanın əldə etdikləri razılıq əsasında 12 sentyabrda başlayan atəşkəsi 19 sentyabrda bitirdiyini elan edib və Rusiya ordusu Hələbin mərkəzində müxaliflərin nəzarətində olan şərq bölgələrini amansız bombardımana tutur.

 

 



Әlaqәli Xәbәrlәr