Rusiya, Suriya, yoxsa ABŞ məsuliyyət daşıyır?

Ağ Evin sözçüsü Coş Ernest (Josh Earnest) Suriyanın Hələb şəhəri yaxınlığında 19 sentyabrda humanitar yardım yük maşınının vurulmasını beynəlxalq prinsiplərə tamamilə zidd hesab edib və bunun bir döyüş cinayəti olduğunu söyləyib.

576055
Rusiya, Suriya, yoxsa ABŞ məsuliyyət daşıyır?

  Gündəlik mətbuat konfransında Suriyadakı son vəziyyət və atəşkəslə bağlı sualları cavablandıran Ernest deyib: “Atəşkəs bitən kimi ölkədə zorakılıq artdı və proses naməlum nöqtəyə gəldi. Rusiya və Suriya hökuməti məsuliyyət daşıyır. Hələbdəki yardım maşınının vurulması bağışlanılmaz bir vəziyyətdir”.

  Suriya prezidenti Bəşər Əsəd isə: "Suriyada şiddətin artmasına görə Amerika Birləşmiş Ştatları məsulliyyət daşıyır” deyib.

  Rusiyanın Əsəd rejimi üzərindəki nüfuzundan istifadə etməsilə bağlı isə Ağ Evin sözçüsü Çoş Earnest belə deyib: "Rusiya bunu ya edə bilmir, ya da etmək istəmir. Amma, məncə, etmək istəmir."



Әlaqәli Xәbәrlәr