Urum əl-Kubra  bölgǝsinǝ hümanitar yardımlara  yenidǝn başlanır

Suriyada davam edǝn vǝtǝndaş müharibǝsindǝn zərər çǝkǝn dinç sakinlǝrǝ yardım çatdırma fǝaliyyǝtlǝri yenidǝn başlayır

574763
Urum əl-Kubra  bölgǝsinǝ hümanitar yardımlara  yenidǝn başlanır

BMT-nin hümanitar işlər üzrǝ koordinasiya Ofisinin nümayǝndǝsi Jens Laerkǝin sözlǝrinǝ görǝ, 19 sentyabrda Hələb şəhərinə bağlı Urum əl-Kubra bölgəsində BMT və Suriya qırmızıaypara cǝmiyyǝtinǝ mǝxsus hümanitar yardım daşıyan maşın karvanlarına  edilǝn hücum sǝbǝbiylǝ tǝxirǝ salınan yardımlara yenidən başlanır.

Laerkenin açıqlamasında bildirilir ki, BMT-nin yardım daşıyan maşın karvanları  yenidǝn  Suriyada mühasirə altındakı bölgələrə yola  düşür. Havadan edilən transsərhəd yardımlar Dǝmeşq daxil olmaqla fasilǝsiz davam edir. BMT-nin humanitar yardımlar daşıyan maşınlarının da bölgǝyǝ çatmasına maneǝ törǝdilmǝmǝlidir.

Qeyd edǝk ki, Halǝbin Urum əl-Kübra bölgǝsindǝ Suriya qırmızıaypara cǝmiyyǝtinǝ mǝxsus humanitar yardım daşıyan konvoya 19 Sentyabrda tǝşkil edilǝn aviazǝrbǝ nǝticǝsindǝ 20 nǝfǝr hǝyatını itirmişdi. BMT baş katibi Pan Gi Moon BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya toplantısında hücumu qınamışdı.

 



Әlaqәli Xәbәrlәr