Əl-Kayyara hərbi hava bazasına xardal qazı ilə hücum edildiyi irəli sürülüb

İraqın Mosul şəhərində yerləşən Əl-Kayyara hərbi hava bazasına terror təşkilatı DEAŞ tərəfindən  xardal qazı ilə hücum edildiyi irəli sürülüb.

574714

ABŞ-da KİV-lərdə yer tutan açıqmalarda amerikalı rəsmilər İraq əsgərləri ilə ortaq istifadə edilən bazaya xardal qazı ilə edilən hücumun DEAŞ tərəfindən həyata keçirilmiş ola biləcəyini bildiriblər.

Hərbi bazaya raket və top mərməsi olaraq atılan bombanın kimyəvi təsirini ölçən mütəxəssis ilk məlumatların “xardal qazına” işarə etdiyini vurğulayıb.  

Hücumdan sonra əldə edilən dəlillərin kimyəvi testlərinin birincisi müsbət, ikinci neqativ çıxıb. Daha sonra bütün dəlillər detallı analiz üçün laboratoriyaya göndərilib.

Hadisə nəticəsində ölən əsgər olmadığı, hücumun “zəif və təsirsiz” olduğu, istintaqın davam etdiyi bildirilib.

DEAŞ-dan iyul ayının əvvəlində geri qaytarılan Mosuldakı Əl-Kayyara hərbi hava bazasından şəhərin xilas edilmə əməliyyatlarında hərbi qoşunlara hava dəstəyi təmin etmək məqsədilə istifadə olunur.

Әlaqәli Xәbәrlәr