İran qadınlarından "Qadınların velosiped sürməsi haramdır" fətvasına etirazlar

İran qadınları dini lider Ayətullah Əli Xameneyinin qadınlara xalqa açıq yerlərdə velosipedə minməyi qadağan edən fətvasına etiraz etdilər.

575098
İran qadınlarından "Qadınların velosiped sürməsi haramdır" fətvasına etirazlar

 İranlı qadınlar 'Facebook', 'Twitter' və "İnstagram" kimi sosial media hesabları vasitəsilə bölüşdükləri foto və görüntülərdə Xameneyinin velosipedə minməyin qadınların namusuna təhlükə yaratdığı barədə verdiyi fətvaya etiraz etdilər.
 
İranlı qadınlar paylaşmalarında digər qadınları  da etiraz kampaniyasına dəstək verməyə çağırdılar.
 
 Dini liderin ofisinin internet saytında (leader.ir) sentyabrın 19-da yayılan fətvada: "Qadınların xalqa açıq və naməhrəmlərin görəcəyi yerlərdə velosipedə minməsi haramdır" ifadələri işlədilir.
 
 İranın ən nüfuzlu dini liderinin fətvaları faktiki olaraq qanun hökmünü daşıyır.



Әlaqәli Xәbәrlәr