Suriyada yardım karvanına hücumda 12 nəfər həyatını itirib

Suriyada rejim qüvvələri və Rusiyaya məxsus qırıcıların yardım karvanlarını vurması nəticəsində 12 nəfər həyatını itirib.

573340
Suriyada yardım karvanına hücumda 12 nəfər həyatını itirib

Suriyada rejim qüvvələri və Rusiyaya məxsus qırıcıların yardım karvanlarını vurması nəticəsində 12 nəfər həyatını itirib.

Hava hücumunda Dəməşq yaxınlığındakı yardım anbarındakı 31 yük maşınından 18-i vurulub.

Həyatını itirənlər arasında Suriyanın Qırmızı Aypara cəmiyyətində vəzifəli işçilər də olub.

Şahidlərin məlumatına əsasən, qırıcılardan atılan beş raket yük maşınlarına və anbara düşüb, hücum nəticəsində xeyli sayda insan da yaralanıb.

Rejim tərəfindən mövzu haqqında açıqlama verilməyib. Hücumun Suriya ordusunun 12 sentybarda qüvvəyə minən atəşkəs qərarının başa çatdığını açıqlamasından sonra həyata keçirilməsi diqqət çəkib.

Hücumdan sonra ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi açıqlama verərək bildirib ki, rəsmi Vaşinqton humanitar yardım karvanının vurulmasını sərt dillə pisləyir. ABŞ Hələb yaxınlığında humanitar yardım karvanının bombalandığı barədəki xəbərlərə görə qəzəblənmişdir.

Bu məsələni birbaşa Rusiya ilə müzakirə edəcəklərini söyləyən Kirbi bildirib ki, toqquşmaların dayandırılmasına dair razılığın pis şəkildə tapdalanmasından sonra Rusiya ilə gələcəkdəki möhtəməl əməkdaşlığımızı yenidən dəyərləndirəcəyik.

Dövlət katibi Con Kerri də BMT-də təşkil edilən yüksək səviyyəli “Qaçqın və miqrant zirvəsi”ndə etdiyi çıxışda yardım karvanına edilən hücumun humanitar yardıma qovuşma haqqının tapdalanması olduğunu bildirib.

BMT-nin Humanitar İşləri üzrə Baş katibinin müavini Stefan Obrayn da BMT və Suriyanın Qırmızı Aypara cəmiyyətinə məxsus humanitar yardım karvanına edilən hücumdan dəhşətə gəldiklərini bildirərək deyib ki, bu pis hücum qəsdi olaraq həyata keçirilibsə hərb cinayətidir. Hücumla əlaqəli olaraq tərəfsiz və müstəqil istintaq başladılmalıdır.



Әlaqәli Xәbәrlәr